Bütün xəbərlər
Yaponiyanın baş naziri Şiqeru İşiba yenidən seçilmək üçün namizədliyini irəli sürərkən yuxuya getdi
Tarix: 12-11-2024 18:18 | Bölmə: Dünya

Liberal Demokrat Partiyasının sədri Şiqeru İşiba özünün yenidən Yaponiya hökumətinin başçısı seçilməsi zamanı yuxuya gedib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Nikkei" media korporasiyası məlumat yayıb.
Nəşr qeyd edir ki, “Şiqeru İşiba 11-də Nümayəndələr Palatasının plenar iclasında baş nazirliyə namizədin seçilməsi zamanı yuxuya gedib”.
Bunun səbəbi İşibanın bir gün əvvəl soyuqdəymə dərmanı qəbul etməsi idi, Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi izah etdi. Eyni zamanda o, hökumət başçısının səhhətində ciddi problem olmadığını, lakin noyabrın 9-da axşam saatlarında həkimləri çağırmalı olduğunu izah edib.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər