Bütün xəbərlər
Borrell Kiyevə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməyə çağırıb
Tarix: 09-11-2024 20:58 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Josep Borrell Kiyevin Ukraynaya verilən Qərb silahları ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirməsinə icazə verməyə çağırıb.
"Bu, mənim daimi çağırışımdır...daha çox hərbi yardım, daha çox pul, həmçinin öz ərazisində düşməni vurmağa icazə", - Borrell Kiyevə səfəri zamanı deyib.
Moskva əvvəllər dəfələrlə bəyan edib ki, Qərbin Kiyev rejiminə silah tədarükü nizamlanmaya mane olur və NATO üzvü olan ölkələri münaqişəyə birbaşa cəlb edir.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər