Bütün xəbərlər
EFE: Həmas hərəkat nümayəndələrinin Qətərdən qovulması ilə bağlı xəbərləri təkzib edir
Tarix: 09-11-2024 19:36 | Bölmə: Dünya

Qətər hökuməti HƏMAS nümayəndələrindən ölkəni tərk etməyi tələb etməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə EFE agentliyi İslami Müqavimət Hərəkatındakı mənbəyə istinadən məlumat yayıb.
“Qətərlilərin HƏMAS liderlərinə artıq qonaq qəbul edilmədikləri barədə mesajlar ötürdüyünə dair xəbərlər həqiqətə uyğun deyil”, - agentliyin mənbəsi bildirib.
Daha əvvəl "Reuters" agentliyi Qətərin Qəzza zolağında atəşkəslə bağlı HƏMAS və İsrail arasında vasitəçilikdən imtina etmək niyyətində olduğunu bildirmişdi. Eyni zamanda, Qətər HƏMAS-ın bölgədəki siyasi təmsilçiliyindən məyus olduğu iddia edilir və onun “artıq öz məqsədinə xidmət etmədiyinə” inanır.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər