Bütün xəbərlər
NYT Trampın ABŞ seçkilərində qalib gələcəyini 72% ehtimalla proqnozlaşdırır
Tarix: 06-11-2024 09:14 | Bölmə: Dünya

“The New York Times” (NYT) respublikaçı namizəd Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmək şansını yüksək qiymətləndirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin proqnozuna görə, onun qələbə ehtimalı 72% təşkil edir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Əsas namizədlər: Demokratlar Partiyasının nümayəndəsi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Trampdır.
Əvvəllər Trampın əsas ştatlarda - Şimali Karolina və Pensilvaniyada liderlik etdiyi bildirilirdi.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər