Bütün xəbərlər
Netanyahu İsrailin xarici işlər naziri postunu Gideon Saara təklif edib
Tarix: 05-11-2024 23:48 | Bölmə: Dünya

İsrailin baş naziri Benyamin Netanyahu Portfelsiz nazir Gideon Saarı İsrail Katzın yerinə xarici işlər naziri vəzifəsinə dəvət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazirlik bununla bağlı bəyanat yayıb.
“Mən bu gün nazir Gideon Saar ilə danışdım və onu fraksiya ilə koalisiyaya qoşulmağa və xarici işlər naziri vəzifəsini tutmağa dəvət etdim”, - bəyanatda deyilir.
Netanyahu Saarın siyasət və təhlükəsizlik sahəsində "geniş təcrübəsi və mühakimə qabiliyyətini" qeyd edib, həmçinin yeni vəzifəsində İsrail hökumətini gücləndirəcəyinə əmin olduğunu bildirib.
Bundan əvvəl Netanyahu Yoav Qalantı Yəhudi Dövlətinin müdafiə naziri vəzifəsindən uzaqlaşdırmağı əmr etmişdi. Onun işdən çıxarılmasına səbəb kimi etibarın itirilməsini göstərib. Netanyahu Qalantın yerinə İsrailin xarici işlər naziri İsrael Katsın yeni müdafiə naziri təyin edilməsini təklif edib.



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər