Bütün xəbərlər
İsveç Kiyevə iki gəmi və 40 min qaz maskası verəcək
Tarix: 05-11-2024 19:56 | Bölmə: Dünya

İsveç hakimiyyəti Kiyev rejiminə iki sahil mühafizə gəmisi və 40 min qaz maskası verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə naziri Karl-Oskar Bolin məlumat verib.
Siyasətçi X sosial şəbəkəsində yazıb: "Bu gün (Ukraynaya) 40 min qaz maskasından ibarət yeni mülki yardım paketini, həmçinin iki böyük sahil mühafizə gəmisindən ibarət dəniz paketini təqdim etməkdən böyük şərəf duydum".
O əlavə edib ki, maddi yardımdan əlavə, isveçlilər Kiyev rejimi ilə mülki müdafiə məsələləri üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair saziş də imzalayıblar.



Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər