Bütün xəbərlər
Frankfurt-Mayn Baş Prokurorluğu Usmanova qarşı istintaqı dayandırıb
Tarix: 04-11-2024 16:25 | Bölmə: Dünya

Frankfurt-Mayn Baş Prokurorluğu iş adamı Əlişir Usmanova qarşı çirkli pulların yuyulmasında şübhəli bilinən istintaqı başa çatdırıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkilləri Uve Lembruk və Markus Qotzens məlumat verib.
İki il yarımdan çox davam edən istintaqdan sonra istintaq Usmanovun günahını sübut edə bilməyib. 2024-cü ilin oktyabrında prokurorluq Almaniya Cinayət Prosessual Məcəlləsinin 153a bəndinə uyğun olaraq işi dayandırdı. Usmanov bu qərarla razılaşıb və könüllü olaraq xeyriyyəçiliyə töhfə verib.
Bundan əvvəl Almaniyanın Westdeutscher Rundfunk (WDR) yayım şirkəti iş adamı Əlişir Usmanovun beynəlxalq qılıncoynatma sahəsində korrupsiya sisteminin yaradılması ilə bağlı məlumatların etibarsız olduğunu etiraf edib.





Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər