Bütün xəbərlər
Tramp deyib ki, 2020-ci il seçkilərində məğlub olduqdan sonra Ağ Evi tərk etmək səhv olub
Tarix: 04-11-2024 09:50 | Bölmə: Dünya

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp son prezident seçkilərində məğlub olduqdan sonra hakimiyyətdən imtina etdiyinə görə təəssüfləndiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçmiş ABŞ prezidenti Pensilvaniyadakı tərəfdarlarının mitinqində dedi: "Mən getməməliydim, biz çox yaxşı idik, hər şey əla idi".
O qeyd edib ki, 2020-ci ildə ABŞ-da Demokratlar Partiyasının nümayəndəsi Co Baydenin qalib gəldiyi prezident seçkilərində məğlubiyyətini hələ də etiraf etmir.
Tramp daha əvvəl demişdi ki, 2024-cü il prezidentlik kampaniyasında məğlub olacağı təqdirdə 2028-ci ildə namizədliyini irəli sürməyəcək.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər