Bütün xəbərlər
Onları “qatil” adlandırıb və palçıq atmağa cəhd ediblər.
Tarix: 03-11-2024 18:04 | Bölmə: Dünya

İspaniya kralı VI Felipe baş nazir Pedro Sançes və Valensiya Muxtar İcmasının hökumət başçısı Karlos Meysonla birlikdə İspaniyanın şərqində daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səfər insidentsiz ötüşməyib: Paiport şəhərinin sakinləri nümayəndə heyətini qışqıra-qışqıra qarşılayıb, onları “qatil” adlandırıb və onlara palçıq atmağa cəhd ediblər. Bu barədə ABC qəzeti məlumat yayıb. VI Filipp narazı vətəndaşları sakitləşdirməyə çalışdı və onlarla dialoqa girdi. Lakin vəziyyətin gərgin olması səbəbindən onun Paiporta səfərini erkən bitirmək qərara alınıb.
İspaniya Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, oktyabrın 29-da güclü yağışlar səbəbindən ölkənin müxtəlif bölgələri üçün kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Təbii fəlakət ən çox ölkənin şərq sahillərində yerləşən böyük şəhər Valensiyaya dəyib. Daşqınlar nəticəsində 220-yə yaxın insan həlak olub, itkin düşənlərin axtarışı davam edir.
Bir müddət əvvəl World Weather Attribution (WWA) təşkilatının mütəxəssisləri İspaniyada tüğyan edən fəlakətin səbəbi kimi iqlim dəyişikliyini göstərmişdilər. WWA-nın məlumatına görə, Valensiyada qısamüddətli leysanların intensivliyi son illərdə artaraq, sənayedən əvvəlki dövrə (1850-1900) nisbətən 12% daha güclü və iki dəfə tez-tez olur. Klimatoloqlar xəbərdarlıq edirlər ki, Aralıq dənizi regionunda orta temperaturun artması və həddindən artıq isti dalğalarının sayının artması səbəbindən dağıdıcı fırtınalar getdikcə genişlənəcək.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər