Bütün xəbərlər
"Hizbullah" İsrailin hərbi kəşfiyyat bazasına zərbələr endirib
Tarix: 08-10-2024 09:48 | Bölmə: Dünya
Livan şiə hərəkatı Təl-Əviv ətrafını atəşə tutduğunu elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Livanın "Hizbullah" qüvvələri İsrailin Təl-Əviv ətrafında yerləşən hərbi kəşfiyyat bazasına raket zərbəsi endirib. Bu barədə şiə hərəkatının nümayəndələri Telegram-da məlumat veriblər.
"Biz Glilot kəşfiyyat mərkəzinə raketlər atdıq", - mesajda deyilir.
İsrail Müdafiə Qüvvələri beş raket atdığını qeydə alıb. "Bəziləri Hərbi Hava Qüvvələri tərəfindən tutuldu, qalanları açıq ərazilərə düşdü", - İDF mətbuat xidməti bildirib.
Bundan əvvəl Yəmən husiləri İsrailə hipersonik raket hücumu həyata keçirdiklərini açıqlamışdılar.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər