18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
ABŞ-da Fələstin tərəfdarı etiraz aksiyası zamanı Ağ Evin yaxınlığında etirazçı özünü yandırıb
Tarix: 06-10-2024 10:43 | Bölmə: Dünya

Vaşinqtonda Ağ Evin yaxınlığında Fələstinə dəstək aksiyasında bir nəfər özünü yandırıb və xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evin yaxınlığında keçirilən aksiyada minə yaxın insan "Fələstini azad etmək" və İsrailə silah verməmək tələbi ilə iştirak edib.
"Washington Post"un qeyd etdiyi kimi, nümayiş dinc keçib və yaralı xəstəxanaya aparılıb.
Yanğın tez bir zamanda söndürüldüyü üçün kişi sağ qalıb.
ABŞ kəşfiyyat agentlikləri bundan əvvəl oktyabrın 7-də - Qəzzada silahlı münaqişəyə səbəb olan HƏMAS-ın İsrailə hücumunun birinci ildönümündə ekstremistlər tərəfindən ölkədə ehtimal olunan zorakılıq aktları barədə xəbərdarlıq etmişdilər.


Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər