22:57 / 01-11-2024
Sərnişin avtobusu aşıb
Bütün xəbərlər
Finlandiya polisi Rusiya səfirliyinin ərazisində təhlükəsizliyi yoxlayır
Tarix: 03-10-2024 21:27 | Bölmə: Dünya

Finlandiya hüquq-mühafizə orqanları diplomatik nümayəndəliyin müraciəti əsasında Rusiya səfirliyinin ərazisində təhlükəsizlik yoxlaması aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Rusiya səfirliyinin tələbi ilə bu gün, oktyabrın 3-də polis diplomatik missiyanın ərazisində təhlükəsizlik yoxlaması aparır", - Finlandiya polisinin saytında bildirilir.
Yoxlama fəaliyyətləri Moskva və yerli vaxtla 17:30 radələrində başlayıb. Hüquq-mühafizə orqanları üçüncü şəxslər üçün təhlükənin olmadığını bildiriblər.
Bundan əvvəl İran və İsrail arasında münaqişənin qızışdığı bir vaxtda Beyrutdakı Rusiya səfirliyi yaxınlığında hücumlar həyata keçirilib. Daha sonra Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov bildirib ki, diplomatik missiya fəaliyyətini davam etdirir.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü