Bütün xəbərlər
Pentaqon rəhbəri Ostin İsrailə hücumu "qeyri-adi təcavüz aktı" adlandırıb
Tarix: 02-10-2024 09:54 | Bölmə: Dünya

ABŞ-ın müdafiə naziri Lloyd Ostin X sosial şəbəkəsində deyib ki, İranın İsrailə hücumu hədsiz təcavüz aktıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pentaqon rəhbəri deyib: "İranın İsrailə qarşı bugünkü qəzəbli təcavüzündən sonra İsrailin müdafiə naziri Yoav Qalantla danışdım".
Ostin əlavə edib ki, o və Qalant İsraili koordinasiyalı şəkildə müdafiə etdiklərinə görə bir-birlərinə təşəkkür ediblər. Onun sözlərinə görə, İran 200-ə yaxın ballistik raket buraxıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri bildirib ki, İslam Respublikası İsrail Hərbi Hava Qüvvələrinin iki bazasını, eləcə də İsrailin Mossad kəşfiyyat agentliyinin qərargahını vurub. O qeyd edib ki, İran hərbçiləri İsrailin iqtisadi infrastrukturuna hücum etmək fürsətindən qəsdən istifadə etməyiblər.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər