Bütün xəbərlər
Fransa ordusu İsrailə İranın hücumlarını dəf etməyə kömək etdi
Tarix: 02-10-2024 09:35 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makronun ofisi bildirib ki, Paris İranın hücumuna məruz qalanda İsrailə hərbi yardım edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran çərşənbə axşamı axşam mülki əhalinin, həmçinin Həmas və "Hizbullah" liderlərinin öldürülməsinə görə qisas almaq üçün İsrailə 500-ə yaxın raket zərbəsi endirib. Tehran İsrail Hərbi Hava Qüvvələrinin iki bazasına və Mossad kəşfiyyat agentliyinin qərargahına zərbələr endirib.
“...Fransa bu gün İran təhlükəsini dəf etmək üçün Yaxın Şərqdəki hərbi aktivlərini səfərbər edib”, – Makronun ofisi öz saytında bildirib.
Paris yəhudi dövlətinə raket hücumunun dəf edilməsində iştirak etmək qərarına gəlib, çünki o, İsrailin təhlükəsizliyini təmin etməyə sadiqdir, ofis qeyd edib.




Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər