Bütün xəbərlər
"Parisien": İran casusu Nəsrullahın "Hizbullah" qərargahına gəlişi barədə İsraili məlumatlandırıb
Tarix: 29-09-2024 18:05 | Bölmə: Dünya

Livanın "Hizbullah" şiə təşkilatının lideri Həsən Nəsrullah məhv edilməzdən əvvəl bir iranlı casus onun cümə günü Beyrutun cənubuna gəlişi ilə bağlı məlumatı İsrailə ötürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın "Parisien" nəşri təhlükəsizlik orqanlarındakı Livan mənbəsinə istinadən məlumat yayıb.
Qəzet yazır: “İsraillilərə günortadan sonra şiə liderinin gələcək gəlişi barədə iranlı köstəbədən məlumat verilib”.
Mənbə İsrailin Nəsrullahın ölümü ilə nəticələnən hücumunu 2006-cı ildən bəri ən böyük zərbə adlandırıb.
İsrail ordusunun sözçüsü briqada generalı Daniel Həqarinin sözlərinə görə, İsrail aviasiyası Beyrutun cənub ətraflarında "Hizbullah"ın qərargahını hədəfə alıb. Hücum zamanı Livan şiə hərəkatının lideri Həsən Nəsrullah öldürülüb. "Hizbullah" liderinin öldürüldüyünü təsdiqləyib.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər