18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
İsrail Livandakı "Hizbullah" hədəflərinə yeni silsilə hücumlar həyata keçirib
Tarix: 29-09-2024 10:01 | Bölmə: Dünya

İsrail Hərbi Hava Qüvvələri (IAF) son bir neçə saat ərzində Livanda "Hizbullah"ın onlarla hədəfinə zərbələr endirib, İsrail Müdafiə Qüvvələri (IDF) bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İsrail Müdafiə Qüvvələri Livandakı "Hizbullah" terror qruplaşmasının hədəflərinə zərbələr endirməkdə davam edir", - ordunun mətbuat xidməti bildirib. O, həmçinin qeyd edir ki, İsrail Hərbi Hava Qüvvələri də İsraili hədəf alan atıcı qurğulara və silah anbarlarına hücum edib.
İsrail ordusu son 24 saat ərzində “Livan boyu” "Hizbullah"ın yüzlərlə hədəfini məhv edib.
Sentyabrın 28-də İsrail Müdafiə Qüvvələri "Hizbullah" lideri Həsən Nəsrullahın İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində öldürüldüyünü bildirib. Hərəkat daha sonra baş katibinin ölümünü təsdiqləyib.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər