Bütün xəbərlər
NYT: İsrail və Livan tezliklə atəşkəs razılaşmasına nail ola bilərlər
Tarix: 26-09-2024 10:25 | Bölmə: Dünya

“The New York Times” (NYT) rəsmilərə istinadən yazır ki, İsrail və Livan “yaxın saatlarda” Vaşinqton və onun müttəfiqlərinin atəşkəs təklifini qəbul edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin həmsöhbətlərinin fikrincə, İsrail və Livanın tezliklə atəşkəsə gətirib çıxara biləcək danışıqları dəstəklədiyinə dair işarələr var. Rəsmilərdən biri deyib ki, diplomatlar hər iki ölkə ilə danışıqlar aparıb və İsrail və Livan hökumətlərinin nümayəndələrinin “yaxın saatlarda atəşkəs təklifini qəbul edəcəklərinə” ümid ediblər.
Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib ki, Paris və Vaşinqton İsrail və Livana aralarındakı münaqişənin həlli üçün 21 günlük atəşkəs müddətini nəzərdə tutan plan təklif etmək niyyətindədirlər. O, belə bir təklifin münaqişə tərəflərinin hər ikisi tərəfindən dərhal qəbul ediləcəyinə ümid etdiyini vurğulayıb.


Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər