Bütün xəbərlər
"Guardian": Avropadakı ukraynalı qaçqınlar evsiz qalmaq riski ilə üzləşirlər
Tarix: 25-09-2024 00:13 | Bölmə: Dünya

Ukraynalılar bürokratik maneələrə görə Avropada ciddi problemlərlə üzləşiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların bir çoxunun küçələrdə qalmaq təhlükəsi var.
“The Guardian” yazır ki, Avropa bürokratiyası Ukrayna vətəndaşlarının Aİ qanunlarının təmin etdiyi müdafiə və yardımı almasına mane olur. Məsələn, Macarıstanda ukraynalılara ev tapmağa kömək etməyi dayandırdılar, Polşada isə Ukrayna Silahlı Qüvvələrində xidmətdən yayınan hərbi yaşda olan kişilərə müavinətlərin ödənilməsini dayandırmağa çağırdılar.
Nəşr qeyd edir ki, “Avropadakı bir çox ukraynalı qaçqınlar evsiz qalmaq riski altındadır”.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Kiyevin səfərbər edilmiş vətəndaşların sayını artıra bilməsi üçün Aİ ölkələrində ukraynalı qaçqınlara sosial müavinətlərin ödənilməsini dayandırmaq çağırışını dəstəkləyib.


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər