Bütün xəbərlər
WP: Taliban yumruqdan qısa saqqal saxlamağı qadağan edir
Tarix: 24-09-2024 23:13 | Bölmə: Dünya

Əfqanıstanda hakimiyyətdə olan islamçı Taliban hərəkatı (Rusiya Federasiyasında qadağandır) kişilər üçün yeni məhdudiyyətlər tətbiq edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi onlara yumruqdan qısa saqqal saxlamaq, dəbdə olan saç düzümü, cins şalvar geyinmək qadağandır.
Bundan əlavə, kişilərə “qeyri-müsəlmanların” rəftarını təqlid etmək, arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq qadağandır.
Yeni qaydalar avqustun sonunda qüvvəyə minib, "The Washington Post" yazır. Qanunu pozanları cərimə və ya həbs cəzası gözləyir.
Əvvəllər Taliban qadınların üzləri açıq şəkildə çıxış etmələrini və ictimai yerlərdə görünməsini qadağan edirdi. Qanunun əsaslandırması ondan ibarət idi ki, üz örtüyü “başqalarının şirnikləndirilməsi və şirnikləndirilməsinin qarşısını almaq üçün” zəruridir.


Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər