Bütün xəbərlər
"SABC News": Qəfil yağan qar Cənubi Afrikada nəqliyyatın hərəkətini iflic edib
Tarix: 22-09-2024 01:33 | Bölmə: Dünya

Cənubi Afrika Respublikasına (CAR) gözlənilmədən qar yağıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən magistrallarda nəqliyyatın hərəkəti iflic olub.
"Ordu KwaZulu-Natalda (Cənubi Afrika əyaləti - Red.) fəlakətin aradan qaldırılması işlərinə kömək etmək üçün yerləşdiriləcək" deyə, yerli "SABC News" telekanalı xəbər verir.
Ölkənin cənub və cənub-qərb rayonlarına qar yağıb. Cənubi Afrika Meteoroloji Xidməti altı və səkkizinci səviyyələr barədə xəbərdarlıq edib. Bir sıra təşkilatlar təbii fəlakətdə yaxalanan sürücülərə və sərnişinlərə təcili yardım göstərir.
Sinoptik Luthando Masimini havanın sentyabrın 22-si səhər saatlarında aydınlaşacağını ehtimal edib. Eyni zamanda, ekspert qeyd edib ki, qar öz yerini yağışa verə bilər, ehtimalı 30% qiymətləndirilir.
Cənubi afrikalılar sonuncu dəfə qarı 2023-cü ilin iyulunda görüblər və ondan əvvəl isə 2012-ci ilin avqustunda Cənubi Afrikanın Yohannesburq şəhərinə yağıb.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər