Bütün xəbərlər
İran yeni uzaqmənzilli "Cihad" raketi və pilotsuz uçan aparatını təqdim edib
Tarix: 21-09-2024 16:33 | Bölmə: Dünya

İran Silahlı Qüvvələri hərbi paradda yeni “Cihad” ballistik raketi və Şahed-136B pilotsuz uçan aparatını təqdim edib, "Mehr" xəbər agentliyi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, raketin elan edilmiş uçuş məsafəsi təxminən 1000 km-dir. Bu, SEPAH-ın ən yeni ballistik silahıdır.
Qeyd edilir ki, “Shahed-136B” pilotsuz təyyarəsi özündən əvvəlki “Shahed-136”dan xeyli böyükdür və ölçülərinə görə Amerikanın “RQ-4 Globe Hawk” təyyarəsi ilə müqayisə oluna bilər.
İran rəsmiləri vurğulayırlar ki, ölkə hərbi potensialını gücləndirmək niyyətindədir və respublikanın raket gücü sırf müdafiə məqsədləri üçün lazımdır.
Bundan əvvəl ABŞ Rusiya, Çin, İran və Şimali Koreyanı düşmənlər siyahısına əlavə edib. Bir sıra başqa ştatlar da ABŞ-ın “xarici rəqiblər klubuna” daxil oldular.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər