09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
BMT-nin ali komissarı Turk Livandakı partlayışları müharibə cinayəti adlandırıb
Tarix: 21-09-2024 00:13 | Bölmə: Dünya

Bu həftə Livanda baş verən partlayışlar müharibə cinayəti kimi qiymətləndirilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk təşkilatın Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
“Mülki əhali arasında terrorun yayılmasına yönəlmiş zorakılığın törədilməsi müharibə cinayətidir” deyib.
Müvəkkil baş verənlərlə bağlı hərtərəfli, müstəqil və şəffaf təhqiqatın aparılmasını və partlayışları sifariş edənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində peycerlər, rasiyalar və digər rabitə vasitələri kütləvi şəkildə partladılıb. Nəticədə 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. Baş verənlərə görə məsuliyyət İsrailin üzərinə düşüb.
Cümə günü, sentyabrın 20-də İsrail Müdafiə Qüvvələri Beyrutun cənub ətrafına kütləvi hücuma keçib. "Hizbullah" komandiri İbrahim Aqil də daxil olmaqla 14 nəfər həlak olub.


Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər