Bütün xəbərlər
"Hizbullah" lideri: "Livan görünməmiş hücumdan sonra müharibədədir"
Tarix: 19-09-2024 19:41 | Bölmə: Dünya

Livan öz tarixində ən görünməmiş hücuma məruz qaldı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Hizbullah”ın baş katibi Həsən Nəsrullah deyib ki, hazırda ölkə müharibə vəziyyətindədir. O, rabitə vasitələrinin təxribatına görə İsrailə cavab verəcəyini vəd edib.
“Şübhə yoxdur ki, təhlükəsizlik və humanitar sahə Livan müqavimətinin tarixində görünməmiş ciddi zərbə alıb, çünki onun arxasında Qərb dayanır”, o qeyd edib.
Nəsrullah vurğulayıb ki, İsrail çoxlu sayda livanlı mülki vətəndaşın həyatını təhlükəyə atarkən "bütün qırmızı xətləri keçib". Onun sözlərinə görə, 17 və 18 sentyabrda baş verənlər müharibə cinayətidir, genişmiqyaslı terror aktı və soyqırımıdır, bunun nəticəsi müharibə elanı olacaq.
Bundan əvvəl İD-nin mətbuat xidməti İsrail Müdafiə Qüvvələrinin Livandakı "Hizbullah" hədəflərinə zərbələr endirdiyini bildirmişdi. Bu hərəkətlərin məqsədi təşkilatın terror potensialını və strukturunu sarsıtmaqdır.


Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər