Bütün xəbərlər
Çex və iki amerikalı Venesuelada qətli planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb
Tarix: 15-09-2024 20:14 | Bölmə: Dünya

Venesuela Daxili İşlər Nazirliyi iki amerikalı və bir Çexiya vətəndaşını saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar məqsədi Venesuelanın ali rəhbərliyinə sui-qəsd təşkil etmək olan bir qrup muzdluları Fransadan ölkəyə keçirmək cəhdində şübhəli bilinirlər. Bu barədə yerli telekanala ölkənin daxili işlər naziri Diosdado Kabello məlumat verib.
Bundan əvvəl Venesuela hüquq-mühafizə orqanları Upata şəhərinin merinin qətlini hazırlamaqda şübhəli bilinən iki İspaniya vətəndaşını və bir amerikalını saxlayıb.
Bu arada ABŞ Dövlət Departamenti Venesuelada vəziyyətin sabitliyini pozmaq cəhdlərində iştirak etmədiyini bəyan etməyə tələsdi, CNN xəbər verir.
İspaniya hakimiyyəti də oxşar bəyanatla çıxış edib. İspaniya Xarici İşlər Nazirliyi əlavə edib ki, saxlanılan vətəndaşların kəşfiyyatla əlaqəsi yoxdur.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər