Bütün xəbərlər
SEPAH: İsmayıl Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı olan mərmi ilə öldürüldü
Tarix: 03-08-2024 17:56 | Bölmə: Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu, HƏMAS lideri İsmayıl Haniyənin qonaq iqamətgahı qarşısında atılan qısa mənzilli mərmi ilə öldürüldüyünü bildirib və İsraildən "uyğun zamanda, uyğun yerdə" qisas alacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ötən çərşənbə günü İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda vəfat edib. Həmas Haniyyənin ölümündə İsrail və ABŞ-ı günahlandıraraq, bunun cavabsız qalmayacağını qeyd edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun şənbə günü verdiyi məlumata görə, istintaq Haniyənin təxminən 7 kiloqram ağırlığında döyüş başlığı olan qısa mənzilli mərmi ilə hücuma məruz qaldığını göstərib.
Qeyd olunur ki, mərmi Həmas liderinin yerləşdiyi qonaq iqamətgahının kənarından atılıb.
SEPAH qeyd edib ki, İsrail “bu cinayətə görə cavab verəcək”. İranın elit silahlı qüvvələrinin bəyanatına əsasən, “Sionist rejimi... münasib zamanda, uyğun yerdə və uyğun şəkildə” ağır cəza gözləyir.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər