Bütün xəbərlər
Hindistanda ekipajı olan tank çayda batıb
Tarix: 30-06-2024 17:48 | Bölmə: Dünya

"Rediff" xəbər verir ki, Çinlə həmsərhəd Ladax bölgəsində Şek çayını keçərkən mindiyi tankın batması nəticəsində beş Hindistan əsgəri həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə iyunun 29-da səhər tezdən baş verib. İki "T-72" tankı çayı keçməyə çalışsa da, onlardan biri suyun səviyyəsinin qəfil qalxması səbəbindən ilişib qalıb.
Müdafiə naziri Rajnath Singh hadisəni uğursuz qəza adlandırıb və həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd olunur ki, hər şey Hindistan və Çini ayıran Ladaxdakı Faktiki Nəzarət Xəttinin yaxınlığında baş verib.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər