Bütün xəbərlər
Polşa Müdafiə Nazirliyinin rəhbəri Bıdqoşda Ukrayna-NATO təlim mərkəzinin yaradıldığını elan edib
Tarix: 15-02-2024 20:38 | Bölmə: Dünya

Polşanın Bıdqoş şəhərində NATO-Ukrayna təlim mərkəzi yaranacaq, Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış yerli televiziyada bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu qərarın NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin bugünkü iclasında qəbul edildiyinə aydınlıq gətirib. Bu, bu tipli ilk təlim mərkəzidir. Onun vəzifələrindən biri Ukraynadakı silahlı münaqişə təcrübəsini toplamaq və təhlil etmək olacaq.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenbreq Polşada təlim mərkəzinin yaradıldığını açıqlamışdı.
Polşanın xarici işlər naziri Radoslav Sikorski öz növbəsində bildirib ki, Avropaya vahid ordu - legion adlandırıla biləcək güclü briqada lazımdır.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər