22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ altı gəmiçilik şirkəti və tankerə qarşı sanksiya tətbiq edib
Tarix: 01-12-2023 21:35 | Bölmə: Dünya

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Birləşmiş Ştatlar anti-Rusiya sanksiyalarından yayındıqları üçün üç gəmiçilik şirkəti və üç neft tankerinə sanksiya tətbiq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sanksiyalar Liberiyanın iki tanker şirkətinə - HS Atlantica Limited və Streymoy Shipping Limited-ə və BƏƏ-dən Sterling Shipping Incorporated-ə qarşı tətbiq edilib.
Sanksiya siyahısına Liberiya bayrağı altında üzən neft tankerləri də daxildir - HS Atlantica, NS Champion və Viktor Bakaev.
"Reuters" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) daha əvvəl 30 ölkədən gəmiçilik şirkətlərinə 100-ə yaxın tanker haqqında məlumat tələb edən sorğular göndərib.
OFAC ABŞ sanksiyalarının icrasına nəzarət edir. Departamentin məlumatına görə, bu tankerlər Qərbin sanksiyalarından yan keçməklə Rusiya neftini daşıya bilər.
G7 ölkələri, Avropa İttifaqı və Avstraliya 2023-cü ildən Rusiya neftinin bir barelinə 60 dollardan yuxarı qiymət həddini tətbiq edib - daha yüksək qiymətlə daşınma qadağandır. 2023-cü il fevralın 5-dən Rusiyadan neft məhsullarının tədarükünə də eyni məhdudiyyətlər tətbiq olunmağa başladı - tavanın “hündürlüyü” neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 dollar və 45 dollar müəyyən edilib.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər