12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Tramp yeni iddialara baxmayaraq, prezidentliyə namizədliyini irəli sürə biləcək
Tarix: 09-06-2023 23:58 | Bölmə: Dünya


ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məxfi sənədlərlə işləmə və saxlama qaydalarını pozmaqda ittihamlar dövlət vəzifəsində işləməyə qadağa demək deyil.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, cümə günü, iyunun 9-da məhkəmənin dərc etdiyi ittiham aktının mətnindən belə çıxır.
Bu o deməkdir ki, ittihamların sadəcə faktı Trampın yenidən ABŞ prezidenti seçilməsinə mane olmur.
Donald Tramp, digər məsələlərlə yanaşı, məxfi sənədlərlə düzgün davranmamaqda və ədalət mühakiməsinə mane olmaqda ittiham olunur. Bu cinayətlər, Amerika qanunlarına görə, ən "ağır" maddə ilə 20 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Siyasətçiyə iyunun 13-də müstəntiqlər qarşısına çıxmaq əmri verilib.
Bu ittihamları rədd edən Tramp artıq onların siyasi motivli olduğunu bəyan edib. ABŞ-ın eks-prezidentinin sözlərinə görə, bu yolla rəqiblər onun reputasiyasını məhv etməyə, seçki kampaniyasına müdaxilə etməyə çalışırlar.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər