Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələri ilk dəfə uzaqmənzilli raketdən istifadə edib
Tarix: 12-05-2023 21:39 | Bölmə: Dünya


Məlum olduğu kimi, mayın 12-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Luqanskdakı “Poly-Pack” polimer məmulatlarının istehsalı müəssisəsinə hücum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, atəşdən sonra zavodda yanğın başlayıb.
TASS agentliyinin LPR xalq milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçkonun fikrinə istinadən verdiyi məlumata görə, Luqanskdakı zavoda zərbə 150 kilometr mənzilli raketlə həyata keçirilib. Ukrayna Silahlı Qüvvələri ilk dəfə belə sursatdan istifadə edib.
RİA Novosti-nin verdiyi məlumata görə, Luqansk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik şəhərin Leninski rayonunun atəşə tutulduğunu təsdiqləyib. LPR senatoru Daria Lantratovanın verdiyi ilkin məlumatlara görə, mülki şəxslər xəsarət almayıb. Atışmanın nəticələri dəqiqləşdirilir.


Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər