Bütün xəbərlər
Lukaşenka nüvə oyunlarının təhlükəsi barədə xəbərdarlıq edib
Tarix: 24-11-2022 00:38 | Bölmə: Dünya

Aleksandr Lukaşenko beynəlxalq siyasətdə nüvə şantajına qarşı çıxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə çərşənbə günü Belarus prezidenti KTMT Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında müvafiq bəyanatla çıxış edib.
Dövlət başçısının sözlərini BELTA agentliyi sitat gətirib. Belarus lideri qeyd edib ki, son vaxtlar ayrı-ayrı Qərb siyasətçilərinin ağzından kütləvi qırğın silahlarının mümkün istifadəsi ideyası getdikcə daha çox eşidilir.
"Bəzi Qərb siyasətçilərinin nüvə ritorikası vəhşiləşir. Daha 2-3 il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Biz əminik ki, nüvə şantajının beynəlxalq siyasətdə yeri yoxdur", - Lukaşenka deyib.
Belarus prezidenti Polşada nüvə silahının yerləşdirilməsi məsələsinə də toxunub. O, bu cür hərəkətlərin təhlükəsini yaxşı dərk edən sağlam düşüncəli amerikalılara ehtiramını bildirib.
Bu arada Vladimir Putin KTMT sülhməramlı qüvvələrinin müasir silah və texnika ilə təchiz edilməsi qərarını dəstəkləyib. Rusiya prezidentinin sözlərinə görə, yaxın gələcəkdə ölkələr həm də radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri yaratmalı, dəmir yollarının bağlanması üçün vahid sistem formalaşdırmalıdırlar.


Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər