Bütün xəbərlər
Ərdoğandan Baydenin açıqlamasına - Reaksiya
Tarix: 25-04-2022 21:10 | Bölmə: Dünya

                  Ərdoğandan Baydenin açıqlamasına


“Ermənilərin ölkəmizin hər yerində törətdikləri qırğınlar yaddaşımızdadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
“Təbii ki, inancından və mənşəyindən asılı olmayaraq, tək bir günahsızın qətli faciədir. Biz bu hadisələrin siyasiləşməsinə imkan vermədik, verməyəcəyik də. Hesab edirik ki, bu, Birinci Dünya Müharibəsində həyatını itirmiş bütün millətlərdən olan mülki şəxslərin xatirəsinə xəyanətdir.
ABŞ Prezidentinin bəyanatı yalan məlumatlarla dolu olduğu üçün üzərində dayanmağa belə dəyməz. Düşmənçiliyi qızışdırmaq üçün göstərilən bu ikiüzlülükdən ən çox zərər görən erməni icması olacaq. Buna görə də Baydenin açıqlamaları üzərində dayanmağa dəyməz.
Bayden ermənilərlə bağlı tarixi yaxşı öyrənsin. Əsassız erməni iddialarının bayraqdarı HDP-dir, onları da parlamentə yaraşdırmırıq", - deyə Ərdoğan bildirib.


Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər