Bütün xəbərlər
İranın yeni Prezidenti seçildi - Yenilənib
Tarix: 19-06-2021 13:36 | Bölmə: Dünya

                   İranın yeni Prezidenti seçildi


İranın dövlət başçısı Həsən Ruhani prezident seçkilərində kimin qalib gəldiyinin artıq məlum olduğunu elan edib. 
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, Ruhani qalib şəxsi təbrik etsə də, onun kimliyini açıqlamayıb.
“Xalqın seçmiş olduğu şəxsi təbrik edirəm. Bu haqda rəsmi məlumat hələ elan olunmadığından, qanunu nəzərə alaraq rəsmi təbrikimi bir qədər təxirə salıram. Kimin kifayət qədər səs topladığı aydındır”, - deyə Ruhani vurğulayıb.
Artıq iki namizəd İran ədliyyəsinin rəhbəri İbrahim Rəisini qələbə münasibətilə təbrik edib. O, seçkilərdə 50 faizdən çox səslə liderdir.
Qeyd edək ki, İranda 7 nəfər prezidentliyə namizədliyini irəli sürsə də, onlardan 3-ü sonradan seçkilərdə iştirakdan imtina edib.
60 yaşlı İbrahim Rəisinin əsas rəqibləri Mohsen Rezai,  Hüseyn Qazizadə Haşemi və Abdulnaser Hemmatidir.
Xatırladaq ki, ölkənin hazırkı Prezidenti Həsən Ruhani bu vəzifədə artıq ikinci dönəminin sonuna gəldiyindən seçkilərdə iştirak etmir.
***
“Mehr” agentliyi xəbər verir ki, 19 iyun yerli vaxtla saat 11:00-a qədər 28.6 milyon bülleten sayılıb. İlkin nəticələrə görə, İbrahim Rəisi 17.8 milyon, Mohsen Rezai 3.3 milyon, Abdulnaser Hemmati 2.4 milyon, Hüseyn Qazizadə Haşemi isə 1 milyon səs toplayıb.
***
“Tasnim”in yazdığına görə, bülletenlərin 90%-indən çoxu artıq sayılıb və İbrahim Rəisi ölkənin 8-ci Prezidenti seçilib.


Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər