Bütün xəbərlər
İspaniyada taksi sürücüləri tətil keçirir
Tarix: 29-11-2017 21:19 | Bölmə: Dünya

İspaniyanın paytaxtı Madriddə taksi sürücüləri birgünlük tətil keçirir.
Trend-in məlumatına görə, bu qərar məhkəmənin “Uber” və “Cabify” onlayn taksi xidmətlərinə yeni lisenziyaların verilməsi qərarına etiraz olaraq qəbul edilib.
Yeni məhkəmə qərarına əsasən, onlayn xidmətlər göstərən şirkətlər adi taksilərlə müqayisədə avtomobillərin sayını artıracaq.
Taksi sürücüləri bu addımın rəqabət qaydalarını pozduğunu bildirir.
24 saat davam edən tətil müddətində taksi sürücüləri yalnız xəstəxanalara gedən müştərilərə xidmət göstərəcək.


Baxış sayı: 827


Bölməyə aid digər xəbərlər