21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Putin terror aktı ilə bağlı Pakistan hakimiyyətinə başsağlığı verib
Tarix: 06-02-2026 19:31 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin İslamabadda baş verən terror aktından sonra Pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifə başsağlığı məktubu göndərib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məktubun mətni Kremlin saytında yerləşdirilib.
Məktubda deyilir: "Dini mərasim zamanı insanların qətlə yetirilməsi terrorizmin vəhşi, qeyri-insani mahiyyətinin daha bir sübutudur".
Rusiya lideri həmçinin ölkənin terrorizmə qarşı mübarizədə Pakistan tərəfdaşları ilə əməkdaşlığı daha da gücləndirməyə hazır olduğunu təsdiqləyib.
Partlayış İslamabaddakı məsciddə cümə namazı zamanı baş verib. Hadisə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iki günlük rəsmi səfəri zamanı baş verib. Partlayış nəticəsində ən azı 24 nəfər ölüb, yüzlərlə insan yaralanıb.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər