Bütün xəbərlər
Zelenski "Flamingo" raket istehsal xəttinin məhv edilməsini etiraf etdi
Tarix: 14-02-2026 21:11 | Bölmə: Karusel

Kiyevin Baş naziri Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı Ukraynanın "Flamingo" qanadlı raketlərinin istehsal xətlərindən birinin raket zərbəsi nəticəsində məhv edildiyini etiraf etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tədbirin görüntüləri konfransın rəsmi saytında yayımlandı.
Zelenski Kiyevin "Flamingo" istehsalını bərpa edib-etməməsi ilə bağlı suala cavab verdi.
"Raket zərbəsi nəticəsində bir böyük istehsal xətti məhv edildi", - deyə, Zelenski bildirib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus beş "Flamingo" raketinin məhv edildiyini bildirmişdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
12-02-2026, 12:40 Casusluqda ittiham olunub