12:40 / 12-02-2026
Casusluqda ittiham olunub
09:16 / 12-02-2026
Qaz balonu partlayıb
19:57 / 11-02-2026
Dam qismən uçub
Bütün xəbərlər
"NBC News": ABŞ artıq 1 milyard dollardan çox Venesuela nefti satıb
Tarix: 12-02-2026 19:29 | Bölmə: Dünya

"NBC News"-in ABŞ Energetika Naziri Kris Rayt-a istinadən verdiyi məlumata görə, ABŞ artıq 1 milyard dollardan çox Venesuela nefti satıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nazir hazırda Venesueladadır.Səfəri zamanı o, Vaşinqton və Karakas arasında əməkdaşlığın "son dərəcə uğurla" başladığını qeyd edib.
Nəşr bildirib ki, "Raytın sözlərinə görə, artıq 1 milyard dollardan çox Venesuela nefti satılıb və yaxın aylarda əlavə 5 milyard dollarlıq neft satışı gözlənilir".
Nazir çatdırılmaların dəqiq harada həyata keçiriləcəyini dəqiqləşdirməyib.
Yanvarın ortalarında Semafor ABŞ-ın 500 milyon dollar dəyərində Venesuela neftinin satışı ilə bağlı ilk müqaviləsini bağladığını bildirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə Venesuela karbohidrogenlərini almaq imkanı təklif etmək istədiyini bildirib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər