Bütün xəbərlər
Finlandiya Olimpiya Oyunlarında xizək mumu ilə bağlı Norveç və ABŞ-a qarşı etiraz ərizəsi təqdim edib
Tarix: 14-02-2026 20:22 | Bölmə: Karusel

Finlandiya nümayəndə heyəti Norveç və ABŞ-ı İtaliyada keçirilən Olimpiya Oyunlarında qaydaları pozmaqda günahlandırıb və Beynəlxalq Xizək Federasiyasına (FIS) rəsmi etiraz ərizəsi təqdim edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, etiraz, yarış iştirakçılarının xizək mumunu çəkmək üçün xüsusi diyircəkdən istifadə etməsindən irəli gəlib ki, bu da finlərin fikrincə, idmançılarına sprintdə ədalətsiz üstünlük verib.
Etirazlarında Finlandiya nümayəndələri bu cür cihazların qaydaların 343.12.7-ci maddəsinə və yarışdan əvvəlki təlimatlara əsasən açıq şəkildə qadağan olunduğunu bildiriblər. Onlar həmçinin məşqçilərin iclasında verilən təlimatlara məhəl qoymamağı və FIS-in pozuntuya reaksiya verməməsini qeyd ediblər.
Finlandiya ədalətsiz üstünlüyün ləğv edilməsini və yarış nəticələrinin yenidən nəzərdən keçirilməsini tələb edir.Günahkar bilinərsə, norveçli xizəkçi Yohannes Klebo qızıl medalını itirə bilər.
Klebo özü əvvəllər münsiflər heyətinin skiatlon zamanı qısa yol seçib ikinci yeri tutan fransız xizəkçisi Mathis Deloja qarşı sanksiya tətbiq etməmək qərarını dəstəkləyib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
12-02-2026, 12:40 Casusluqda ittiham olunub