21:20 / 02-02-2026
“Velizar” həbs edildi
Bütün xəbərlər
54 yaşlı Hollandiya Kraliçası Maksima orduya yazılacaq
Tarix: 04-02-2026 07:55 | Bölmə: Dünya

RTL Nieuws-un məlumatına görə, Hollandiya Kraliçası Maksima hərbi xidmətinə ehtiyatda olan zabit kimi başlayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyi ümid edir ki, Kraliçanın bu addımından sonra potensial ehtiyatda olan zabitlərdən müraciətlərin sayı artacaq.
"O, nəzəri və fiziki hazırlıq da daxil olmaqla qısamüddətli hərbi təlim proqramından keçəcək. Məsələn, atəş açmağı və xəritələri oxumağı öyrənəcək", - "RTL Nieuws" xəbər verir.
Bu arada, Hollandiya kral ailəsinin ölkənin silahlı qüvvələri ilə sıx əlaqələri var.Kral Villem-Aleksandr da orduda xidmət edib.
Rusiyanın Hollandiyadakı səfiri Vladimir Tarabrin bildirib ki, 2025-ci ildə ölkədə sürətlənmiş militarizasiya meyli müşahidə olunmağa başlayıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər