Bütün xəbərlər
Starmer fon der Leyen ilə görüşdə Aİ ilə daha geniş inteqrasiya arzuladığını bildirib
Tarix: 14-02-2026 20:00 | Bölmə: Dünya

Böyük Britaniya iqtisadiyyat, müdafiə və texnologiya inkişafı sahələrində Avropa İttifaqı ilə daha geniş inteqrasiya axtarır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib.
Britaniya hökumətinin başçısı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşüb. Onların söhbətinin təfərrüatları Baş nazirin ofisi tərəfindən dərc edilib.
Baş nazir Böyük Britaniya ilə Aİ arasında gələcək tərəfdaşlıqla bağlı ambisiyalarını bölüşüb. O, iqtisadiyyat, müdafiə və texnologiya sahələrində daha da inteqrasiya arzusunu bildirib", - deyə, bəyanatda bildirilir.
Daha əvvəl "Politico" Böyük Britaniyanı Brexit layihəsinin tamamilə uğursuzluğunu açıq şəkildə etiraf etməyə çağıran məqalə dərc etmişdi.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər