Bütün xəbərlər
Rubio: "ABŞ Avropanın onun vassalı olmasını istəmir"
Tarix: 15-02-2026 19:28 | Bölmə: Manşet

ABŞ Avropanın ondan asılı olmasını və ya vassalı kimi qəbul edilməsini istəmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Slovakiyanın Baş naziri Robert Fiko ilə danışıqlardan sonra bildirib.
Vaşinqtonun NATO-dakı roluna münasibət bildirən Rubio ABŞ-ın ittifaqdan çıxmadığını, ölkələr arasında qoşun köçürmə qabiliyyətini saxladığını vurğulayıb.O qeyd edib ki, kollektiv təhlükəsizlik səviyyəsi hər bir üzvün döyüş hazırlığı ilə müəyyən edilir.
"Biz Avropanın asılı olmasını istəmirik; biz Avropadan ABŞ-ın vassalı olmasını istəmirik", - deyə, o bildirib.
ABŞ dövlət katibi vurğulayıb ki, NATO qarşılıqlı faydalı olduğu müddətcə ittifaq statusunu qoruyub saxlayacaq.
Daha əvvəl Almaniya xarici işlər naziri bildirib ki, Avropanın problemlərinin öhdəsindən necə gəlmək barədə ABŞ-dan əlavə məsləhətə ehtiyacı yoxdur.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər