12:40 / 12-02-2026
Casusluqda ittiham olunub
Bütün xəbərlər
Səfir Cəlali: "ABŞ-ın hücumuna məruz qalacağı təqdirdə İran qonşularına qarşı təcavüzkarlıq etməyə məcbur olacaq"
Tarix: 13-02-2026 22:21 | Bölmə: Dünya

İran qonşuları ilə yaxşı və dost münasibətlər saxlayır, lakin Amerika hücumlarının ərazilərindən başladığı ölkələrə qarşı təcavüzkar hərəkətlər etmək məcburiyyətində qalacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali bunu "Rossiya 24" televiziya kanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, İranın qonşuları Amerika təcavüzünün nəticələrini başa düşür və regionda sabitliyi qorumaq üçün ABŞ administrasiyası ilə danışıqlar aparırlar.
"Biz bunu açıq şəkildə bildirmişik. Qonşularımıza yaxşı, dost münasibətlərimizin olduğunu və onlara qarşı təcavüzkar hərəkətlər etmək niyyətimizin olmadığını demişik.Amerika bazalarının harada yerləşməsindən, haradan hücuma məruz qalmamızdan asılı olmayaraq, onları (vuracağıq). Və biz açıq danışmışıq və hakimiyyət orqanlarımız bunu rəsmi olaraq bildiriblər", - deyə, diplomat qeyd edib.
Səfir həmçinin İranın Ali Lideri Əli Xameneinin sözlərini xatırladıb.O, ABŞ müharibə başlatsa, bu dəfə regional miqyasda müharibə başlayacağını deyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı sərt tədbirlər görə biləcəyini istisna etməmişdi.Bu tədbirlər 2025-ci ilin yayında İranın nüvə obyektlərinə hücum kimi qiymətləndirilirdi.O, Vaşinqtonla Tehran arasında razılaşma əldə etmək ümidini vurğulamışdı.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər