Bütün xəbərlər
Obama Trampın irqçi meymun videosuna şərh verib
Tarix: 15-02-2026 12:25 | Bölmə: Dünya

ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı Ağ Ev prezidenti Donald Trampın sosial media səhifəsində yerləşdirilən irqçi meymun videosuna dolayı yolla şərh verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçmiş Amerika lideri blogger Tayler Koenlə görüşüb və o, hazırkı siyasi müzakirələrin tonu barədə soruşub və Trampın paylaşımını xatırladıb. Obama internet və televiziyanın hazırda "təlxək şousu"na ev sahibliyi etdiyini qeyd edib.
"Görünür, bir vaxtlar ədəb-ərkan, ləyaqət hissi və vəzifəyə hörmətin olması lazım olduğuna inanan insanların utanc yeri qalmayıb. Artıq bu, keçib", - deyə, keçmiş prezident bildirib.
O, həmçinin vurğulayıb ki, əksər amerikalılar siyasətçilərin bu cür davranışlarını "dərin narahatlıq doğurur" hesab edirlər. O, vətəndaşların sonda "cavab verəcəyini" deyib.
"Nəticə etibarilə cavab Amerika xalqından gələcək", - deyə, Obama bildirib.
Keçmiş prezident və həyat yoldaşı Mişel Obamanın iştirak etdiyi video 5 fevralda Trampın Truth Social səhifəsində dərc edilib. Videoda 2020-ci il prezident seçkilərində seçki pozuntuları iddia olunur. Video keçmiş prezidentin və həyat yoldaşının başları olan meymunları göstərən görüntülərlə bitir.
Tramp əvvəllər videoya görə üzr istəməkdən imtina etmiş və "səhv etmədiyini" israr etmişdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər