Bütün xəbərlər
Yanğın yerində üç nəfərin cəsədi tapılıb
Tarix: 15-02-2026 12:31 | Bölmə: Digər

Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər idarəsinin məlumatına görə, Sankt-Peterburqda fərdi evdə baş verən yanğın yerində üç nəfərin cəsədi tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pesoçnı kəndində yanğın 15 fevral bazar günü gecəsi başlayıb.
"Bir mərtəbəli, 12x15 metrlik fərdi evin bütün ərazisi alov içində qalıb. Dağıntıları təmizləyərkən üç nəfərin cəsədi aşkar edilib", - deyə, idarənin Telegram kanalında bildirilir.
Yanğınsöndürmə işlərinə iyirmi iki yanğınsöndürən və beş texnika cəlb olunub. Mütəxəssislər yanğının səbəbini araşdırırlar.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər