Bütün xəbərlər
Ermənistanda Katolikos II Qareginə qarşı cinayət işi açılıb
Tarix: 14-02-2026 20:08 | Bölmə: Karusel

Ermənistanda Katolikos II Qareginə qarşı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Ara Zohrabyan bildirib.
Vəkil aydınlıq gətirib ki, II Qaregin məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunur və buna görə də onun ölkədən çıxışına qadağa qoyulub.
"Bu gün görünməmiş bir hadisə baş verib. Prokurorluq bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi açıb.(Bu) Avstriyada Erməni Kilsəsinin Yepiskoplarının qarşıdan gələn Assambleyasını pozmaq cəhdidir", - deyə, "İnterfaks" Zohrabyanın sözlərinə istinadən bildirib.
2025-ci ilin noyabr ayında Ermənistan məhkəməsi Katolikos II Qareginin qardaşı və qardaşı oğlu Gevorq və Ambartsum Nersisyanı seçki kampaniyasına mane olmaq ittihamı ilə həbs edib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
12-02-2026, 12:40 Casusluqda ittiham olunub