Bütün xəbərlər
İlham Əliyev: "Azərbaycan Serbiyaya qaz tədarükünü artıracaq"
Tarix: 15-02-2026 20:14 | Bölmə: Manşet

Azərbaycan Serbiyaya təbii qaz ixracını artırmağı planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclasından sonra bildirib.
Azərbaycan lideri ölkələr arasında enerji münasibətlərinin çoxşaxəli formatda inkişaf etdiyini qeyd edib.Onun sözlərinə görə, tərəflər artıq tədarükü artırmaq qərarına gəliblər.
"Bu sektorda Azərbaycanın ixrac potensialı iki gigavattdır. Bu rəqəm artacaq", - deyə, İlham Əliyev vurğulayıb.
O, həmçinin Serbiya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
2023-cü ilin noyabr ayında SOCAR və Srbijagas şirkətləri 2024-cü ildən başlayaraq illik 400 milyon kubmetrə qədər qaz tədarükü və 1 milyard kubmetrə qədər artırmaq potensialı ilə bağlı müqavilə imzalayıblar.
Əvvəllər Azərbaycanın Almaniya və Avstriyaya qaz tədarükünə başladığı bildirilirdi.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər