Bütün xəbərlər
Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya neftinin tranzitinə icazə verməsini xahiş ediblər
Tarix: 15-02-2026 22:53 | Bölmə: Sosial

Macarıstan və Slovakiya Xorvatiyadan Rusiyadan neftin tranzitinə icazə verməsini istəyiblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Sijyarto bunu sosial mediada yazıb.
Diplomat qeyd edib ki, Kiyev hələ də siyasi səbəblərə görə Drujba boru kəməri ilə neft nəqlini bərpa etməyib.
"Buna görə də, bu gün Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova ilə birlikdə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyara məktub yazaraq Xorvatiyadan Rusiya neftinin Macarıstan və Slovakiyaya dərhal nəqlinə icazə verməsini xahiş etdik", - deyə, macar nazir bildirib.
Budapeşt və Bratislavanın tələbi Adriatik dənizi boru kəməri ilə neftin nəqli ilə bağlıdır. Sijyarto bunun Avropa Birliyi qaydalarına uyğun olduğunu vurğulayıb.
Diplomat daha əvvəl Drujba neft kəmərinin texniki cəhətdən sağlam olduğunu bildirib və Ukraynanı neft tədarükünü bloklamaqda günahlandırıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər