Bütün xəbərlər
Somalinin Hind okeanı sahillərində göyərtəsində 55 sərnişin olan təyyarəsi qəzaya uğrayıb
Tarix: 10-02-2026 21:46 | Bölmə: Dünya

Göyərtəsində 55 sərnişin olan StarSky aviaşirkətinə məxsus sərnişin təyyarəsi Somalinin Hind okeanı sahillərində qəzaya uğrayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Mirror məlumat verib.
"Mirror"un məlumatına görə, təyyarə Somalinin paytaxtı Moqadişudakı Aden Adde beynəlxalq hava limanından havaya qalxıb və havaya qalxdıqdan qısa müddət sonra Hind okeanı sahillərində qəzaya uğrayıb.
"Mirror" xəbər verir ki, "Çimərliyin yaxınlığındakı şahidlər... təyyarənin qeyri-adi dərəcədə alçaqdan uçduğunu, daha sonra dayaz sudan keçərək çimərliyə endiyini görüblər".
Xilasetmə qrupları qəza yerinə bir neçə dəqiqə ərzində çatıb. "Mirror"un məlumatına görə, bütün heyət üzvləri və 55 sərnişin təhlükəsiz şəkildə təxliyə edilib.
İlkin məlumatlara görə, qəzaya texniki nasazlıq səbəb olub.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər