Bütün xəbərlər
Stokholmda suyun səviyyəsinin aşağı olması 17-ci əsrə aid bir gəmini aşkar etdi
Tarix: 09-02-2026 13:36 | Bölmə: Dünya

Baltik dənizində suyun səviyyəsinin aşağı olması səbəbindən 17-ci əsrə aid bir gəminin qalığı Stokholmun mərkəzindəki Kastelholmen adası yaxınlığında görünməyə başladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dəniz arxeoloqu Jim Hansson qeyd etdi ki, o və həmkarları hələ də gəmini müəyyən edə bilməyiblər.
Onun sözlərinə görə, gəminin Hollandiya mənşəli olduğu ehtimal olunur.
"Qəsdən batırılıb. Əvvəllər bunun İsveç tərəfindən döyüşdə ələ keçirilən Danimarka gəmisi olan Grå Ulv olduğuna dair bir nəzəriyyə var idi, amma biz demək olar ki, bunun belə olmadığına əminik", Hansson SVT televiziyasında bildirib.
Bölgədə 17-ci əsrdə 1640-cı illərdə tikilmiş ilk taxta çəkmə körpüsü olan Skeppsholmensbrun-un təməlini təşkil edən 15 oxşar gəmi var. Körpü, ehtimal ki, köhnəlmiş İsveç dəniz gəmilərindən ibarət idi.
Əvvəllər arxeoloqlar Baxçisarayda qədim bir kilsənin təməlini aşkar etmişdilər. Kilsə təxminən 1800-cü ildə yunan diasporu tərəfindən tikilib və 1941-ci ildə dağıdılıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər