12:40 / 12-02-2026
Casusluqda ittiham olunub
Bütün xəbərlər
FT: Rubio Münhendə Ukrayna ilə bağlı Avropa liderləri ilə görüşü ləğv etdi
Tarix: 13-02-2026 22:51 | Bölmə: Dünya

ABŞ dövlət katibi Marko Rubio Münhendə keçirilməsi planlaşdırılan Ukrayna münaqişəsi ilə bağlı Avropa liderləri ilə planlaşdırılan görüşü ləğv etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzet Amerika rəsmisinə istinadən bildirir ki, Rubionun cümə günü günortadan sonra Almaniya, Polşa, Finlandiya və Avropa Komissiyası rəhbərlərinə qoşulması planlaşdırılırdı.
"ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsi ilə bağlı Avropa liderləri ilə görüşü buraxıb", - deyə, nəşr bildirir.
Dövlət katibinin sıx qrafik səbəbindən son anda tədbiri ləğv etdiyi dəqiqləşdirilir. Avropa paytaxtları bunu Vaşinqtonun müttəfiqlərini sülh səylərinə cəlb etmək marağının azalmasının siqnalı kimi qəbul edib.
Daha əvvəl Rubio Ukrayna nizamlanmasında həll olunmamış məsələlərin siyahısının azaldığını, lakin ən çətin məsələlərin gündəmdə qaldığını bildirmişdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər